Azərbaycana əl-ayaqları qandallı gətirilən şəxs kimdir?
Almaniyadan deportasiya edilən azərbaycanlılar içərisində kriminal avtoritet də olub.
Bu günlərdə Almaniyadan Azərbaycana göndərilən və əl-ayaqları qandallı şəkildə görüntüsü yayılan Bayramzadə Sinan Ədalət oğlunun kriminal qrublaşma üzvü olduğu məlum olub. O, kriminal aləmdə “Dağlı Sinan” ləqəbi ilə tanınır və müəyyən dairələrdə nüfuza sahib olduğu bildirilir.
Miqrasiya Xidməti rəsmi açıqlmasında bildirib ki, deportasiya olunan azərbaycanlılardan yalnız Sinan Bayramzadə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, digərləri isə sənədləşmə işləri aparılandan sonra sərbəst buraxılıb.
Xatırladaq ki, bir müddət əvvəl kriminal aləmə bağlı mənbələrdə Sinan Bayramzadənin doğum günü münasibətilə kriminal dünyanın nüfuzlu şəxsləri üçün Almaniyada ziyafət təşkil etməsi barədə məlumatlar və görüntülər yayılıb. Həmin məclisdə Ukrayna və Yunanıstandan kriminal dünyanın nüfuzlu şəxsləri iştirak edib. Məhşur oğrular məclisə iştirak etməsələr də, telefonla S.Bayramzadəni təbrik ediblər.
Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri müəyyənləşdirilmiş 32 şəxs çarter reysi ilə iyulun 18-də Bakıya göndərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?