Azərbaycanda TÜKÜRPƏDƏN QƏTL: Oğul atasını öldürüb, dənizə atdı
Daxili İşlər Nazirliyi Sumqayıtda atanın oğlu tərıfindən öldürülməsi barədə məlumat yayıb.
Nazirliyin saytına istinadən verdiyimiz məlumata görə, iyunun 27-də saat 6 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində meyit tapılması barədə daxil olmuş məlumatla əlaqədar Sumqayıt şəhər polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Corat qəsəbə sakini Elşən İsgəndərov olduğu müəyyən edilib.
Araşdırmalarla iyunun 26-da saat 20 radələrində Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində E.İsgəndərovla oğlu İsmayıl arasında baş vermiş münaqişə zəminində sonuncunun onu bıçaqlaması və suda boğması müəyyən edilib.
Görülmüş tədbirlərlə İsmayıl saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
11:34
Sumqayıtda törədilən qətlin üstü açılıb.
Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində dənizdən üzərində xəsarəti olan kişi meyiti aşkarlanıb. Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin şəhər sakini, 1965-ci il təvəllüdlü Elşən Mikayıl oğlu İsgəndərov olması müəyyənləşib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, is üzrə müvafiq ekspertizalar təyin edilib.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun oğlu İsmayıl İsgəndərov şübhəli şəxs qismində tutulub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?