Qubada heyvan oğruları saxlanıldı
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırda buynuzlu heyvanlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Mahir Həsənov olduğu müəyyən edilib.
Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, M.Həsənov 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırda buynuzlu heyvanı oğurlaması da müəyyən edilib.
Dindirilmə zamanı M.Həsənov törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanları Quba rayon ərazisində dəyərindən ucuz qiymətə satdıqını bildirib.
Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onun başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?