Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldılar - FOTO
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin satışında şübhəli bilinən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az -a verilən məlumata görə, iyunun 16-da daxil olmuş məlumat əsasında Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Aslan Abdullayev saxlanılıb. Onun üzərinə şəxsi baxış keçirilən zaman 0,165 qram heroin aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq hal şahidlərinin iştirakı ilə A.Abdullayevin evinə baxış zamanı oradan satış üçün hazırlanmış bir neçə bükümdə 0,869 qram heroin, 450 qram narkotik vasitə olan qurudulmuş marixuana və 11 ədəd dövriyyəsi məhdudlaşdırılmış narkotik tərkibli Metadon və Preqabalin həbləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?