SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Ağstafa icra hakimiyyətində oğurluğa cəhd - Yenilənib

Ağstafa icra hakimiyyətində oğurluğa cəhd - Yenilənib

Tarix:

12-06-2018, 15:53

/ 1 487 dəfə oxundu.
Ağstafa icra hakimiyyətində oğurluğa cəhd - Yenilənib

Ağstafada oğurluğa cəhd göstərmiş şəxs tutulub. Ötən gecə saat 4 radələrində Tovuz Regional Mühafizə Şöbəsinin əməkdaşları, Ağstafa Rayon İcra Hakimiyyətinin inzibatı binasına soxulmaq istəyən şəxslə bağlı məlumat əldə edib. RİH binasının arxa qapısnı sındıraraq oraya daxil olmaq istəyən şəxs hadisə yerindən qaçmaq istəyərkən tutulub və Ağstafa rayon Polis Şöbəsinə təhvil verilib.

Polis Şöbəsində aparılmiş araşdırmalarla oğurluğa cəhd göstərərkən saxlanılan şəxsin Ağstafa rayonu, Sadıxlı kənd sakini, 1977-ci il təvəllüdlü Abdulrəhmanov Rasim Vilayət oğlu olduğu məlum olub.

Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.

***

xalqxeber.az olaraq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxladıq. Orxan Mansurzadə açıqlamasında bildirdi ki, hadisə əslində ölkə matbuatında yazılan kimi deyil daha dəqiq desək şişirdirilmiş və təhrif olunmuş formada yazılmışdır. Onu deyə bilərm ki, biz araşdlrma apardıq ötən gecə saat 4 radələrində Sadıxlı kənd sakini, 1977 -ci il təvəllüdlü Abdulrəhmanov Rasim Vilayət oğlu İcra Hakimiyyətinə oğurluq etmək məqsədilə deyil sadəvə olaraq dünən yağan güclü yağışdan qorunmaq üçün İcra Hakimiyyətinin qapısını döyüb ki, orada xidmət göstərən mühafizəçilər onu yağışdan qorusunlar və ona sığınacaq versinlər. Hətta ekspertin verdiyi rəyə esasən Sadıxlı kənd sakini, 1977 -ci il təvəllüdlü Abdulrəhmanov Rasim Vilayət oğlu ötən günü yüksək dərəcədə sərxoş vəziyyətində olub hətta bu məsələ ilə bağlı ekspert özü rəy verib. İcra hakimiyyətinin qapısını döydüyünü görən ərazidə xidmət göstərən polis əməkdaşları dərhal Abdulrəhmanov Rasim Vilayət oğlunu tutaraq polis şöbəsinə təhvil veriblər. Hal-hazırda polis şöbəsinsdə araşdırmalar davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ