Biləsuvarda tanınmış falçı tutulub
Biləsuvar rayonunda vətəndaşları fala baxmaq adı ilə aldadaraq onların pul və qızıl-zinət əşyalarını mənimsəyən qadın saxlanılıb.
“Report”un Aran bürosu xəbər verir ki, Elena Pavlovna Kalaşnikova
Biləsuvar rayon sakinlərinin polis şöbəsinə etiyi mürəciət əsasında aparılan axtarışlar zamanı cinayəti törədən şübhəli şəxs qismində saxlanılıb. Aparılan istintaq zamanı məlum olub ki, özünü sakinlərə Emilya kimi təqdim edən fırıldaqçı qadın müxtəlif vaxtlarda Astara, Şirvan , Sabirabad və Xaçmaz rayonlarında, eləcə də Bakı şəhərində də xeyli sayda oxşar cinayət əməlləri törədərək vətəndaşların pul və qızıl zinət əşyalarını dələduzluq yolu ilə mənimsəyib. Elena Pavlovna istintaqa verdiyi ilkin ifadə zamanı törətdiyi cinayət əməllərini etiraf edib.
Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq və soyğunçuluqda ittiham edilərək 9 il məhkumluq həyatı yaşayıb.
Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) "Report"un yerli bürosuna bildirilib ki, Elena Pavlovnanın oxşar cinyət əməllərindən zərəçəkən şəxslərin Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə zəng etmələri xahiş olunur.
Faktla ağlı araşdırmalar aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?