Məşhur müğənni Bakıda "İnfiniti" ilə YPX maşınını əzdi: polis yaralandı
Bu gün saat 10 radələrində Salyan yolunda, Şıx çimərliyinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.
xalqxeber.az avtosfer.az-a istinadən xəbər verir ki, müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.
Qeyd edək ki, həmin ərazidə beynəlxalq velosiped yarışı keçirilir. Yarışlarda təhlükəsizliyi təmin etmək üçün Səbail rayon yol polisi şöbəsinin əməkdaşları bir neçə gündür həmin ərazidə gücləndirmiş iş rejimində işləyir. Hadisə də yarış başlayan ərəfədə olub. Belə ki, yol kənarında dayanan YPX avtomobilinə yüksək sürətlə hərəkət edən Eltonun avtomobili çırpılıb. Şahidlərin sözlərinə görə, müğənni ərazidə sürətin azaldılması barədə nişanlara əhəmiyyət verməyərək yüksək sürətlə hərəkət edib.
Avtomobillərə ciddi ziyan dəyib. Həm müğənni, həm də YPX əməkdaşı xəsarət alıb. Onlar əraziyə çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?