Azərbaycanda heroin satan musiqi müəllimi həbs edilib
Laçın şəhər 1 saylı uşaq musiqi məktəbinin müəllimi Rüstəmov Şərif Qurban oğlunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Bakı şəhər prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər Baş Polis İdarəsi ilə birgə əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda bildirilib.
Belə ki, narkotik vasitələri əldə etmə saxlama, daşıma, satma maddəsi ilə əvvəllər məhkum olunmuş 1963-cü il təvəllüdlü Ş.Rüstəmov istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 1,020 qram narkotik vasitə olan heroini əldə etdikdən sonra mayın 29-da tanışı Qurbanəli Səfərova satarkən tutularaq istintaqa cəlb edilib.
Fakta görə Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanıb.
Ş.Rüstəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?