Evdən oğurluq edilmişdi və...
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Xudat şəhəri ərazisindəki evlərdən birindən oğurluq törədilməsi barədə məlumat daxil olmuşdur. Hadisə yerinə dərhal istintaq-əməliyyat qrupu gəlmiş, evə baxış keçirilmiş, digər zəruri tədbirlər görülmüşdür.
Bu zaman mənzildən və həyətdən müxtəlif növ tikinti materialları, o cümlədən 2 plastik qapı, 1 ədəd lagonda və drel, 1 ədəd su nasosu, 200 litrlik su çəni, 30 metrlik dəmir boru, 36 kisə sement və məişət avadanlıqları oğurlanaraq ev sahibinə xeyli miqarda maddi ziyan vurulduğu müəyyən edilmişdir.
Polis əməkdaşları tərəfindən oğurluğu torətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Nəsirullayev saxlanılmışdır.
Araşdırma zamanı o, törətdiyi cinayəti etiraf etmişdir. Oğurladığı tikinti materiallarının bir qismi maddi sübut kimi ondan götürülmüşdür.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?