Bakıda evdən 30000 dollar və 100 minlik qızıl oğurlanıb
Aprelin 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30000 ABŞ dolları və 100000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.
DİN-dən daxil olan məlumata görə, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunmuşlar - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü S.Həsənbəyli zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə əvvəlcə İ.Həsənova məlumat verib. O isə öz növbəsində digər dəstə üzvləri E.Aslanov və A.Qasımovla birlikdə qeyd edilən evdən oğurluq etmək qərarlna gəlib.
Seyfi ələ keçirdəndən sonra dəstə üzvləri S.Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb. Seyfdə olan qızıl-zinət əşyaları S.Həsənbəyli və İ.Həsənov tərəfindən satılandan sonra həmin pullar da yenidən dəstə üzvləri arasında bölüşdürülüb.
Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?