Azərbaycanda xanım məmurun polis oğlu iş yoldaşının qanını axıtdı
Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.
Criminal.az-a daxil olan məlumata görə, Beyləqan rayon yol polis şöbəsinin əməkdaşları bıçaq davasına çıxıblar. Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev öz iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.
Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov bildirdi ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil. Həkimlər tərəfindən ona ilkin yardım göstərilib, vəziyyəti normaldı. Hadisəni Criminal.az-a təsdiq edən Beyləqan Rayon polis şöbəsinin rəisi Füzuli Şıxəliyev isə bildirdi ki, polis əməkdaşı Namiq Zeynalov idman zamanı xəsarət alıb, onun aldığı bu xəsarəti hər hansı cinayət zamanı deyil, idmanda təsadüf zaman baş verib.
Beyləqan yol polis bölməsinin rəisi Azad Məmmədov isə bu hadisədən məlumatsız olduğunu və məzuniyyətdə olduğunu bildirdi.
Məlumat üçün bildirək ki, öz polis yoldaşını bıçaqlandırmaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur. Tural Əliyevin qardaşı Yasin Əliyev Beyləqan rayon məhkəməsində hakimin köməkçisi, digər qardaşı Elgün Əliyev isə DTX-nin əməkdaşıdır.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?