Şəmkirdə gediş haqqına görə sürücü öldürüldü
Şəmkirdə sərnişin taksi sürücüsünü qətlə yetirib.
DİN-ə istinadən xəbər veririk ki, fevralın 21-də saat 23 radələrində Şəmkir şəhərinin ərazisində Ayvaz İsgəndərov şəhər sakini Arif Yusifovun idarə etdiyi “VAZ-2105” markalı avtomobilə sərnişin qismində oturub yaşadığı İrmaşlı kəndinə gedəcəyini bildirib.
İrmaşlı kəndinin ərazisində A.Yusifov ilə A.İsgəndərov arasında gediş haqqının ödənilməsi ilə əlaqədar münaqişə baş verib və sonuncu A.Yusifova kəsici alətlə çoxsaylı xəsarət yetirərək hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Yusifov orada ölüb.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İsgəndərov saxlanılıb.
Araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?