Bakıda "naməlum" tikinti şirkətinin fəhləsi ölüb... - hamı məsuliyyətdən qaçır
Tikinti sahəsində təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən baş vermiş növbəti ölüm hadisəsini Yasamal rayonunun hüquq-mühafizə orqanları qeydə alıblar.
Bu barədə Sputnik Azərbaycan-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Kliniki tibbi mərkəzdən sözügedən rayonun 28-ci polis bölməsinə fevralın 7-də inşaat işlərinin aparıldığı binadan düşərək travma almış Qobustan rayon sakini, 1989-cu il təvəllüdlü Bələdov Şamxal Vidadi oğlunun öldüyü barədə məlumat daxil olub.
Bələdov xəstəxanaya saat 1.1:00-da daxil olub, onun ölümü isə saat 12:00-da qeydə alınıb. Klinikaya verilən məlumata görə, cavan oğlan İntex ASC tikinti şirkətinin fəhləsi olub.
O, Mətbuat prospekti, 62 ünvanındakı beşmərtəbəli yaşayış binasının fasadının təmiri zamanı yıxılıb. Bələdov 4-cü mərtəbədən düşüb.
Bədbəxt hadisənin baş vermə səbəblərinə və tikinti şirkətinin niyə indiyə kimi işçilərin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirləri görmədiyinə aydınlıq gətirmək üçün, Sputnik Azərbaycan-ın əməkdaşı sözügedən şirkətin rəhbəri Fərid Qəhrəmanova müraciət edib. Lakin Qəhrəmanov uzun araşdırmadan sonra bildirib ki, onlarda Şamxal Bələdov adlı fəhlə heç vaxt işləməyib.
"İkincisi də, biz hazırda Yasamal rayonu ərazisində heç bir təmir və tikinti işləri aparmırıq. Bu, yalan məlumatdır. Əgər belə olsaydı, polis çoxdan bizə müraciət edərdi" — deyə Qəhrəmanov bildirib.
Yasamal RPİ-dən verilən məlumata görə, faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?