XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Bakıda silahlı şəxs tutuldu

Bakıda silahlı şəxs tutuldu

Bakıda silahlı şəxs tutuldu
22-01-2018, 17:02

Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə rayon ərazisində Cəlal adlı şəxsdə silah-sursat olması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs, Bakı şəhər sakini Cəlal Nurəddin oğlu Əliyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zamanı sandıqçasında iki ədəd patron olan “TT” markalı tapança aşkarlanaraq götürülüb.

Qeyd edək ki, C. Əliyev əvvəllər də üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirdiyinə görə məhkum olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.