Cəlilabadda ev uçdu - Qarın ağırlığına tab gətirmədi
Cəlilabada yağan qar bir sıra fəsadlar törədib. Rayonun dağlıq kəndlərinə gedən avtomobil yolları qarla örtüldüyündən, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Bəzi sürücülər avtomobillərinin təkərlərinə xüsusi zəncirlər bağlamaq məcburiyyətində qalıblar. Yola ehtiyatsız çıxanlar isə sərt döngələrdə köməksiz qalılar. Rayon ərazisində ən çox qar ucqar dağ kəndlərinə düşüb.
Qar kəndlərdəki tikililərə də ziyan vurub. Rayonun Sadatlı kəndində Yadulla Abbasova məxsus ev qarın ağırlığına tab gətirməyərək tamamilə uçub və yararsız hala düşüb. Eyni gündə İsbat Qafarova məxsus fərdi yayayış evinin isə çardaq hissəsi çöküb. Xoşbəxtlikdən hər iki hadisə zamanı xəsarət alan olmayıb.
Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, ziyan dəymiş evlərə baxış keçirildikdən sonra vətəndaşlara lazımi köməklik göstəriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...