ÇAYÇININ SAMOVARINI OĞURLADILAR - QUSARDA
Qusar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayon ərazisində törədilmiş oğurluq faktının üstün açıblar.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar rayon sakini Samir Sultanov cari ilin dekabr ayının 7-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət ona məxsus samovarının oğurlandığı bildirmişdir. S.Sultanov rayon ərazisində yerləşən N.Nərimanov adına parkda çayçılıq fəaliyyəti ilə məşğul olurmuş. Oranı bağlı saxlamağından istifadə edən oğrular pəncərəni sındırma yolu ilə içəri daxil olaraq oradan ona məxsuz 1 ədəd 40 litrlik təxminən 200-300 manat civarında dəyərləndirilən samovarı oğurlayıblar.
Qusar RPŞ-də yaradılan əməlliyat qrupu tərəfindən aparılan operativ xidmət nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri əvvəllər məhkum olmuş Sevindik Nazirov və digər məhkumluq həyatı yaşamış şəxs Daşdəmir Salmanov saxlanılmışdır.
Dindirilmə zamanı onlar törətdikləri əməli etiraf etmiş, oğurladıqları samovarı rayon ərazisində fəaliyyət göstərən əlvan metal qəbul məntəqəsinə satdıqları bildirmişlər. Həmin samovar qəbul məntəqəsindən maddi sübüt kimi götürülmüşdür.
Faktla bağlı Qusar RPŞ-nin İB-də araşdırmalar aparılır.
Nizam Həmidov
polis leytenantı



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?