ARB-nin əməkdaşı faciəvi şəkildə öldü
Türkiyənin Kocaeli ərazisində azərbaycanlı gənc faciəvi şəkildə ölüb. Hadisə Tavşanlı məhəlləsində meydana gəlib. Əldə olunan məlumata görə, həmyerlimiz Seyid Əli Səlimov fabrikdə parçalama mikserinin qazanını təmizləmək istəyib.
27 yaşlı gənc qazanın içində olarkən digər bir işçi aparatı işə salıb. Səlimov həmin cihazın içində qalıb və digər işçilər onu çıxarmağa çalışıb. Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib. Müdaxilələrə baxmayaraq Seyid Əli hadisə yerində dünyasını dəyişib.
Gebze Baş Prokurorluğunda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Seyid Əli QTV onlayn kanalının və ARB Şəkinin əməkdaşı olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?