SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Göyçayda müəmma: Məktəb direktorlarından biri öldü, digəri intihar etdi

Göyçayda müəmma: Məktəb direktorlarından biri öldü, digəri intihar etdi

Tarix:

22-12-2017, 09:50

/ 2 081 dəfə oxundu.
Göyçayda müəmma: Məktəb direktorlarından biri öldü, digəri intihar etdi

Göyçayda orta məktəb direktoru intihara cəhd göstərib.
9 saylı orta məktəbin direktoru Akif Qəribov özünə qəsd edib. O, bu gün axşam saatlarında çalışdığı təhsil ocağının həyətində damarlarını kəsib. Hadisədən xəbər tutan yaxınları dərhal onu Göyçay rayon xəstəxanasına çatdırıblar. Əməliyyat edilən xəstənin koma vəziyyətində olduğu bildirilir.
Məlumata görə, A.Qəribovdan kimsə xeyli miqdarda rüşvət tələb edib. O da buna etiraz əlaməti olaraq, intihara əl atıb. Sakinlər rüşvət faktoruna görə, icra hakimiyyətinin başçısından – Mehdi Səlimzadədən şübhələndiklərini bildiriblər.
Göyçayda eyni gündə daha bir məktəb direktoru ilə bağlı dəhşətli hadisə qeydə alınıb. Belə ki, Çayarxı kənd ümumi məktəbinin direktoru Şamilov Mübariz Müzəffər oğlunun da ürəyi tutub. Müayinə üçün Bakıya aparılan direktor orada keçinib.

Hər iki faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

00:16

Göyçay rayonunda məktəb direktoru intihara cəhd edib.
Hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin qarşısında baş verib.
Rayon sakini, 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu rəhbərlik etdiyi şəhər 9 saylı orta məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd edib. Çoxlu qan axması səbəbindən huşunu itirərək yerə yıxılan Akif Qəribov təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Təcili əməliyyat olunan direktorun vəziyyəti ağır olaraq qalır.
Rayon sakinlərinin məlumatına görə, uzun illərdir ki, məktəb direktoru işləyən Akif Qəribov ondan yüksək məbləğdə pul tələb olunduğu üçün və pulu verə bilmədiyinə görə özünə qəsd edib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ