SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » İcra başçısı müavininin bacısı və ailəsi qatar altında qaldı - SAATLIDA

İcra başçısı müavininin bacısı və ailəsi qatar altında qaldı - SAATLIDA

Tarix:

16-02-2017, 11:52

/ 1 970 dəfə oxundu.
İcra başçısı müavininin bacısı və ailəsi qatar altında qaldı - SAATLIDA

Saatlı rayonunun Sarıcallar kəndində avtomaşının qatarla toqquşması nəticəsində baş vermiş qəza barədə virtualaz.org saytının Şirvan bürosu təfərrüatlar əldə edib.

Belə ki, tənzimlənməyən dəmir yolu keçidində qatarın vurduğu VAZ-2106 markalı avtomaşının sürücüsü Sabirabad rayonunun Qalaqayın kəndinin baytar həkimi 1957-ci ildə anadan olmuş Ağayev Güloğlan Abı oğlu olub.

Hadisə nəticəsində Güloğlan Ağayev, həyat yoldaşı və 15 yaşlı qızı dünyalarını dəyişiblər.

Qeyd edək ki, qəzada həlak olmuş bu ailə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənovun yaxın qohumlarıdır. Belə ki qəzada həlak olmuş Güloğlan Ağayevin həyat yoldaşı Həsən Həsənovun bacısıdır.

Dünən saat 18:30 radələrində həyat yoldaşı və qızı ilə birgə faciəvi şəkildə ölən 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlunun baytar həkimi olduğu məlum olub.

Bildirilir ki, G.Ağayev ailəsi ilə birgə Sabirabadın Qalağayın qəsəbəsində yaşayıb və dünən bacısını görmək üçün Saatlının Sarıcalar kəndinə gəlib. Onlar Qalağayına qayıdarkən G.Ağayevin sürdüyü “VAZ 2106” markalı minik avtomobili dəmir yolu xəttinin üstündə sönüb. 63 yaşlı kişi yaxınlaşmaqda olan teplavoz gələnədək avtomobili işə salıb hərəkət edə biləcəyini düşünüb və maşından düşməyib. Lakin mühərriki işə salmaq mümkün olmayıb və sürətini azalda bilməyən teplavoz ata, ana və 29 yaşlı qızın olduğu avtomobili əzərək bir xeyli sürüyüb. Onlar hadisə yerindəcə vəfat edib.

Sarıcalılar kənd sakinləri bildirib ki, həmin ərazidəki dəmir yolu keçidində son illərədək şlaqbaum olub və post yerləşib. Bir müddət əvvəl orada işləyən 4 dəmiryolçu ixtisara düşərək işdən çıxarılıb və şlaqbaum da ləğv edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Saatlı rayonunun Sarıcalar kəndi ərazisində baş vermiş ağır qəza nəticəsində 1954-cü il təvəllüdlü Ağayev Güloğlan Abı oğlu, onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Ağayeva Hökumə Murtuz qızı və onların qızı, 1998-ci il təvəllüdlü Lamiyə Ağayeva həlak olub.

Şərhlər

XƏBƏR LENTİ