Daxili Qoşunların əməkdaşı yol qəzasına düşdü
Bu gün səhər saatlarında Nərimanov rayonu, "Çermet" körpüsünün üstündə ağır yol qəzası baş verib.
Qəza nəticəsində taksi avtomobili ilə işə gedən zaman Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında qulluq edən Yusifov Elzar Süleyman oğlu və mülkü şəxs Mirzəyev Elsəvər Rasim oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılardan Elzar Yusifov təcili yardım stansiyası əməkdaşlarının köməkliyi ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Daxili Qoşunların mətbuat xidməti faktı təsdiq edib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...