Azərbaycanda rəqqas evində yanaraq həlak olub
Noyabrın 11-nə keçən gecə Masazırda baş vermiş dəhşətli yanğın zamanı vəfat edən 37 yaşlı Əlibəndə Əliyevin tanınmış rəqqas olduğu məlum olub.
Əlibəndə Əliyev Xəzər Universiteti Dünya məktəbində çalışırmış. Peşəkar rəqqas olan 37 yaşlı Əlibəndə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xəzər Universitetinin Mahnı və Rəqs ansamblı, Azərbaycan Dövlət Uşaq Flarmoniyasında çalışıb. Rəqqas kimi 10-dan çox ölkədə Azərbaycan rəqs ansamblının tərkibində çıxış edib. O, Xəzər Universiteti Dünya məktəbində oğlanlardan ibarət rəqs ansamblının rəhbəri vəzifəsində çalışırmış.
Xatırladaq ki, Masazır qəsəbəsində ümumi sahəsi 65 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğının kəşfiyyatı zamanı 1980-cı il təvəllüdlü Əliyev Əlibəndə Rasim oğlunun yanmış meyiti aşkarlanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?