Şəmkirdə ev partladı, yaralılar var
Şəmkirdə yaşayış evində partlayış olub.
Rayonun Zəyəm Cırdaxan kəndində kənd sakini, 1972-ci il təvəllüdlü İskəndərli Məhbubə Nəriman qızı yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış olub. Hadisə zamanı mətbəxin divarı uçub və təzyiq qadını evdən bayıra atıb.
Partlayış zamanı digər otağın döşəməsi qalxıb və orada yatan, qadının 1997-ci il təvəllüdlü oğlu İskəndərli Mehrab Elçin oğlu da xəsarət alıb. Ana və oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, partlayışa evin yaxınlığından keçən yeraltı qaz xəttində baş verən qaz sızması səbəb olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?