Qəzada xəsarət alan neftçi xəstəxanada öldü
SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyunun istehsalat sahəsində aparılan qazma işləri zamanı baş verən qəzada xəsarət alan işçilərdən digəri də ölüb.
Baku Medical Plazadan bildirilib ki, ağır kəllə-beyin xəsarəti alan qazma köməkçisi, 1965-ci il təvəllüdlü Fikrət Gözəlovun meyiti artıq ailəsinə təhvil verilib.
Qeyd olunub ki, xəstəxanaya gətirildiyi gün onda beyin ölümü başlayıbmış. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, noyabrın 3-də "Qaradağ" sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və Kompleks Qazma İşləri Trestinin "Qaradağ-Qalmaz" İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirib. Xəsarət alan digər qazma köməkçisi Cavad Ədilov lazımi müayinələrdən keçirildikdən sonra həmin gün evə buraxılıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?