SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda toy yasa çevrildi - ƏR VƏ ARVADI ÖLDÜ - TƏFƏRRÜAT

Azərbaycanda toy yasa çevrildi - ƏR VƏ ARVADI ÖLDÜ - TƏFƏRRÜAT

Tarix:

15-09-2017, 11:12

/ 87 586 dəfə oxundu.
Azərbaycanda toy yasa çevrildi - ƏR VƏ ARVADI ÖLDÜ - TƏFƏRRÜAT

İ.Ağayevin toy keçirilmiş qardaşının evinə bu barədə xəbər verilib.

Ötən gecə Hacıqabul rayonunda avtomobilin ər-arvadı vurub öldürməsi hadisəsinin təfərrüatı məlum olub.
“İnfiniti” markalı avtomobilin vurduğu 1961-ci il təvəllüdlü Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Əliyeva Rəqiyyə Əziz qızı Bakıda yaşayırmış. Onlar Hacıqabula İmran Ağayevin qardaşının övladının toy məclisinə gediblər. Toydan sonra ər və arvadı Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsindəki körpüyə gəliblər. Burada onlar taksi tutaraq Bakıya qayıtmaq istəyiblər. Lakin dayanacağa getmək üçün yolu keçməyə çalışan şəxslər Ağcabədi rayon sakini Əhəd Məmmədovun idarə etdiyi “İnfiniti”nin altında qalıblar. Hər iki şəxs aldıqları xəsarətdən hadisə yerindəcə keçinib.
Qeyd edək ki, hadisədən bir qədər sonra İ.Ağayevin toy keçirilmiş qardaşının evinə bu barədə xəbər verilib.

*****

22:16

Hacıqabulda iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə baş verib. Ağcabədi sakini Məmmədov Əhədin idarə etdiyi 99 XA 337 dövlət nömrə nişanlı "İnfiniti" markalı avtomobil yolu keçən iki piyadanı vurub.
Hadisə nəticəsində ağır bədən xəsarətləri alan Hacıqabul sakinləri 1961-ci il təvəllüdlü Ağayev İmran Əlipaşa oğlu və onun həyat yoldaşı 1966-cı il təvəllüdlü Əliyeva Rəqiyyə Əziz qızı hadisə yerində keçiniblər.

Sürücü saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

**** 21.56

Hacıqabulda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib. Yolun qeyd olunan hissəsində yerləşən körpünün altında avtomobil yolu keçən iki piyadanı vurub.
Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Şərhlər

XƏBƏR LENTİ