SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda tükləri BİZ-BİZ EDƏN HADİSƏ: - övladını maşın vurmasın deyə özünü FƏDA ETDİ

Bakıda tükləri BİZ-BİZ EDƏN HADİSƏ: - övladını maşın vurmasın deyə özünü FƏDA ETDİ

Tarix:

14-09-2017, 12:20

/ 61 297 dəfə oxundu.
Bakıda tükləri BİZ-BİZ EDƏN HADİSƏ: - övladını maşın vurmasın deyə özünü FƏDA ETDİ

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal rayonu ərazisində avtobusun törətdiyi qəza nəticəsində 29 yaşlı qadın ölüb:
“Qadın yanında azyaşlı uşağı ilə yolu keçərkən avtobus onu vurub. Avtobusun üstünə gəldiyini görən qadın uşağını kənara itələyib. Avtobus qadını vurub, o hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb”.
***
Bu gün səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə yerində olan müxbirimizin verdiyi məlumata görə, hadisə "İnşaatçılar" metro stansiyasının yanında qeydə alınıb.
39 saylı sərnişin avtobusu metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılıb. Hadisə nəticəsində bir qadının ağır yaralandığı, sürücünün hadisə yerindən qaçdığı bildirilir.
Hazırda hadisə yerinə yol polisi əməkdaşları və Təcili Tibbi Yardım cəlb olunub.
Qəzanın baş vermə səbəbi dəqiq məlum deyil, araşdırma başlayıb.

Şərhlər

XƏBƏR LENTİ