Sevdiyi qızla dalaşan iranlı tələbə özünü öldürdü - Bakıda
Bakıda dəhşətli hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, hündürmərtəbəli binada bir neçə nəfər İran vətəndaşını aşağı atıb.
Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən bildirilib ki, həqiqətən də bir nəfər İran İslam Respublikasının vətəndaşı binadan yerə düşüb və vəfat edib.
PB-dən əlavə məlumat verilməyib.
***
Hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb.
O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Məlumata görə, Nəzəri Əmir Azərbaycan Tibb Universitetinin tələbəsidir. O, intihar etməzdən əvvəl sevdiyi qızla dalaşıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək