Azərbaycanlı qanuni oğrunu ayağından vurublarmış: - Yaralı Rəşad Gəncinski xəstəxananı qəfil tərk etdi
Bir qədər əvvəl Abxaziyada güllələnən və Suxumi şəhər xəstəxanasında müalicə olunan “Rəşad Gəncinski” ləqəbli qanuni oğru Rəşad İsmayılov barəsində axtarış elan edilib.Rusiya KİV-ə istinadən məlumata görə, o, bir sıra cinayətdə ittiham olunur.
Məlumata görə, Moskva polisi bir qədər əvvəl İsmayılovun adamlarını ələ keçirib. Həmin şəxslər reketlik, adam oğurluğu və digər cinayətlərdə ittiham edilirlər. Onların ilkin ifadələrindən sonra hüquq-mühafizə orqanları “Raşad Gəncinski” barəsində axtarış elan edib.
Bu arada Lent.az-a “Gəncinski” ilə bağlı maraqlı məlumat daxil olub. Əməkdaşımızın xahişiylə Suxumidə fəaliyyət göstərən həmkarlarımızdan biri “Rəşad Gəncinski”nin müalicə aldığı xəstəxanayla əlaqə saxlayıb. Məlum olub ki, ayağından yaralanan Rəşad müalicəni sona qədər gözləməyib. Xəstəxanadan həmkarımıza bildirilib ki, o, gecə qəfil xəstəxananı tərk edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?