Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Tovuzda qadının üzərinə benzin tökərək yandırmaqda təqsirləndirilən Röyal Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Röyal Tağıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2024-cü ildə Tovuz rayonunda baş verib. Məlumata görə, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla məlum olub ki, 2002-ci il təvəllüdlü Röyal Tağıyev aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb və onun bədəninin 70-80 faizini yandırıb. T.Məmmədova Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanaya aparılıb. O, 3-cü dərəcəli yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi açılıb. Röyal Tağıyev istintaqa cəlb olunub və barəsində həbs qəimkan tədbiri seçilib.
Röyal Tağıyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğlu olduğu bildirilir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub