Mingəçevirdə 11-ci sinif şagirdi məktəb pəncərəsindən yıxıldı
Bu gün Mingəçevir şəhər Mehdi Hüseynzadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi pəncərədən yıxılıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb.
“Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Hadisə ilə bağlı məktəblinin valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Xəsarət almış şagirdin vəziyyəti idarə tərəfindən nəzarətdə saxlanılır: “İctimaiyyətdən aparılan araşdırmanı nəzərə alaraq məsələyə həssas yanaşılması və hadisə ilə bağlı yalnız rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - məlumatda deyilir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub