XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Kəlbəcər sakini Goranboyda minaya düşüb

Kəlbəcər sakini Goranboyda minaya düşüb

Kəlbəcər sakini Goranboyda minaya düşüb
31-05-2025, 14:52

 Goranboyda 45 yaşlı kişi minaya düşüb.

Hadisə rayonun Qaraçinar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov mina partlayışı nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Onun mal-qara otaran zaman minaya düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.