XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Bakıda cinsi azlıq nümayəndələrindən növbəti CİNAYƏT – PUL ALIB GETDİLƏR

Bakıda cinsi azlıq nümayəndələrindən növbəti CİNAYƏT – PUL ALIB GETDİLƏR

Bakıda cinsi azlıq nümayəndələrindən növbəti CİNAYƏT – PUL ALIB GETDİLƏR
2-08-2017, 18:10

Bakıda cinsiz azlıq nümayəndələrinin törətdiyi daha bir əməllə bağlı polisə məlumat daxil olub. Sabunçu rayon Bakıxanov qəsəbəsi R.Qənbərov küçəsində cinsi azlıq nümayəndəsi olan 2 nəfər 28 yaşlı iş adamı Ramal Rzayevdən quldurluq yolu ilə pul tələb ediblər. Həmin şəxslər R.Rzayevin üzərindəki 970 manat pulu götürərək uzaqlaşıblar.

Qeyd edək ki, son vaxtlar Bakıda cinsi azlıq nümayəndələrinin müəyyən ərazilərdə nüfuz dairələri yaratmaları, quldurluq və xuliqanlıq əməlləri törətməsi ilə bağlı faktlara rast gəlinir.

Son hadisədə zərərçəkmiş olan Ramal Rzayev bununla bağlı polisə müraciət edib. Araşdırmalar aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.