Bakıda dəhşətli qəza: “Shacman” 10 maşını tank kimi əzdi
Bakıda 11 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.
Paytaxtın Ziya Bünyadov prospektində "Shacman” markalı yük avtomobili digər yük maşınını və 9 minik avtomobilini əzib. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 3-ü bir ailənin üzvləridir.
Nərimanov Rayon Polis İdarəsində verilən məlumata görə, qəza nəticəsində "Hyundai" markalı avtomobilin sürücüsü, 30 yaşlı Məmmədov Ruslan Firuz oğlu, "Opel" markalı avtomobilin sürücüsü Zeynal Zeynalov, onun həyat yoldaşı Könül Abdullayeva və 5 yaşlı qızı Nuranə Zeynalova müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?