Bakıda 17 yaşlı qız atasını niyə bıçaqlayıb? - "Dəfələrlə..."
Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb. Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bıçaqlanan şəxsin yaxınları bildiriblər ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıblar.
Hadisə ilə bağlı qonşular İTV-yə bildiriblər ki, oxşar hadisə artıq bir neçə dəfə təkrarlanıb.İddialara görə, 17 yaşlı gənc tufeyli həyat tərzi sürüb. Bu səbəbdən də ögey atası ilə aralarında dəfələrlə münaqişə yaşanıb.
Zərərçəkənin bacısı E.Xəliovun övladları ilə mehriban davrandığını bildirib. O əlavə edib ki, 17 yaşlı qız nişanlı olsa da 15 yaşında qoşulub qaçıb:
“Qardaşım mənə görə onu evdə saxlamışdı. Onun bir çox pis əməlləri olub. Mən hamısını danışmaq istəmirəm”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...