SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bu təşkilatın yerli filialı təhlükəsizliyi pozarsa, 10 min cərimələnəcək

Bu təşkilatın yerli filialı təhlükəsizliyi pozarsa, 10 min cərimələnəcək

Tarix:

25-12-2023, 20:33

/ 610 dəfə oxundu.
Bu təşkilatın yerli filialı təhlükəsizliyi pozarsa, 10 min cərimələnəcək

 Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə olunur.

Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.

Şərhlər

XƏBƏR LENTİ