Bakıda təcili tibbi yardım stansiyasının həkim briqadası döyülüb - FOTOLAR
Xətai rayonunda təcili tibbi yardım stansiyasının həkim briqadası restoranların birinin həyətində döyülüb.
Hadisə gecə saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsi 6 a ünvanında yerləşən “Pion Palace”ın həyətində qeydə alınıb. Adı çəkilən əraziyə çağırışa gedən 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aynurə Şamilzadə və feldşer Günay Həziyeva gözləmədikləri vəziyyətlə üzləşiblər.
Zərərçəkənlərin verdikləri məlumata görə, içkili vəziyyətdə olan xanıma yardım etmək istəyən zaman bir neçə nəfər sərxoş şəxs onlara müxtəlif bədən xəsarətləri yetiriblər.
Qeyd edək ki, “Pion Palace”ın əməkdaşları da baş vermiş faktı təsdiq edərək bildiriblər ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları sərxoş şəxslər tərəfindən təzyiqlərə məruz qalıblar və döyülüblər.
Xətai rayon 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları sonradan adlarını bildikləri Salmanova Günel Elman qızı və Elvin adlı şəxsdən aidiyyatlı orqanlara şikayət ediblər.
Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində təhqiqat araşdırmalarına başlayıb. Polis bölməsindən bildirilib ki, zərərçəkənlərin izahatları alınıb və xəsarətlərinin müəyyən olunması üçün onlar Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsindən məhkəmə tibbi ekspertizasından keçiblər. Artıq hadisəni törətməkdə şübhəli bilinən Salmanova Günel Elman qızı və Elvin adlı şəxsin də izahatları alınıb, sərxoşluq dərəcəsinin müəyyən olunması üçün ekspertizadan keçiblər.
Materiallar toplanaraq Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndəriləcək. Müvafiq ekspertizaların rəyindən sonra fakta hüquqi qiymət veriləcək.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?