SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Ağsunun sevimli komandası dağılmaq təhlükəsində: “İcra hakimiyyəti dəstək vermir…”

Ağsunun sevimli komandası dağılmaq təhlükəsində: “İcra hakimiyyəti dəstək vermir…”

Tarix:

23-08-2019, 19:09

/ 1 938 dəfə oxundu.
Ağsunun sevimli komandası dağılmaq təhlükəsində: “İcra hakimiyyəti dəstək vermir…”

İdmanın inkşafına dəstək olmaq, dövlətin sağlam gələcəyinə xidmət edir. Gənclər üçün ən önəmli olanı onlara bütün sahələrdə əlverişli mühitin yaradılmasıdır. Gənclərə diqqət və qayğı dövlətin sağlam gələcəyini formalaşdırmaq deməkdir.

Azərbaycanda da idmanın inkşafı adı altında kifayyət qədər maliyyə vəsaitləri ayrılır və bərli-bəzəkli idman kompleksləri tikilir. Ancaq bütün bunlara baxmayaraq, müstəqil olaraq müxtəlif idman komandaları yaradan, yaşadıqları bölgələrdə gənclərin sağlamlığı və ölkənin gələcəyinə töhfə vermək istəyən istedadlı gənclərin arzuları elə başladıqları yerdəcə dəfn edilir. Bir çox hallarda savadsız, dövlət anlayışından uzaq, məqsədi ancaq var-dövlət toplamaqdan ibarət olan yarıtmaz məmurlar istedadlı Azərbaycan gənclərinin yolunda çox ciddi əngələ çevrilirlər.

Diqqət və qayğıdan uzaq qalan komandalardan biri də Ağsulu gənclərin yaratdıqları “Ağsu Siti” futbol komandasıdır. Yarandığı ilk gündən ciddi nailiyyətlər əldə edən “Ağsu Siti” komandası, qısa bir zamanda ağsuluların sevimli komandası olmağı bacardı. Dəfələrlə ölkənin tanınmış futbol komandaları üzərində qələbə qazanan “Ağsu Siti” çox təssüf ki, yerli məmurların dəstəyini qazana bilmir.

Sozcu.az saytına danışan “Ağsu Siti” komandasının üzvləri Ağsu rayon rəhbərliyinin komandaya heç bir dəstək olmadığını bildiriblər.

“Biz asğsulu gənclər olaraq, rayonumuza və gənclərimizə dəstək məqsədi ilə Ağsu Siti” futbol komandasını yaratdıq. Komandamızın formalaşdığı ilk ildə (2018-ci il) “Ağsu Siti” komandası Region liqasının qrupları arasında keçirilən yarışda öz zonasında (7 komanda içərisindəİmişli, Fizuli, Şamaxı,Sabirabad, Saatlı, Kürdəmir və Ağsu) 1-ci yeri tutub. Bu il də keçirilinən hazırlıq oyunlarında, “Turan” Tovuz komandasını 3-2, Fizuli komandasını 6-2 və Saatlı komandasını 9-3 hesabı ilə məğlub etmişik. Ancaq çox təəssüf ki, maddi problemlərə görə, uğurlrımızı davam etdirə bilmirik. Ağsu rayonunda futbol sahəsində çox istedadlı gənclərimiz var. Biz maddi imkanımız olmadığı üçün gənclərimzi komandamıza cəlb edə bilmirik. Bununla bağlı dəfələrlə Ağsu rayon İcra Hakimiyyətində olsaq da, çox təəssüf ki, icra başçısını yerində tapa bilmədik. Bir neçə gün öncə yenidən rayon icra hakimiyyətinə, rayon gənclərinə dəstək olmaları üçün müraciət etdik. Bizi qapıda qarşılayaraq, “Başçı burda yoxdur, nə lazımdır” –deyə soruşduqda, ümumi fəziyyəti izah edərək Ağsu rayon rəhbərliyinin ağsulu gənclərə dəstəyinin lazım olduğunu bildirdik. Onu da qeyd etdik ki, Şamaxı,Kürdəmir və Regon Liqasında oynayan bir çox komandalar rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə yarışlara qatılırlar. Cavab olaraq bizə bilirsinizmi nə dedilər? Cavab olaraq bildirdilər ki, “bizim icra özü pis gündədir, bizim özümüzə kömək edən lazımdır”. Bizim əlimizdən heçnə gəlmir deyə, bizi ümidsiz halda geri qaytardılar.

Azərbaycan Respublikasinin prezidenti İlham Əliyev cənabları dəfələrlə gənclərə və idmana dəstək olmaq barədə çox ciddi tapşırıqlar verib. Azərbaycan regionda idmana vəsait ayıran ölkələr sırasındadır. Belə olan halda Ağsu rayon rəhbərliyinin gənclərə diqqətsizliyini anlaya bilmirik. Biz ağsulu gənclər olaraq, rayon gənclərimizin idmana yönləndirilməsini, rayonumuzda sağlam gənclərin sayının artması üçün çalışırıq. Bunun özü dövlətə xidmət deyilmi? Əgər Ağsu rayon İcra Hakimiyyəti rayon gənclərinə dəstək ola bilmirsə, bu sturuktur kimə və nəyə lazımdır?”

Dəstək məqsədi ilə prezident İlham Əliyevə müraciət edəcəklərini bildirən komanda üzvləri prezident komandaya dəstək verəcəklərinə inandıqlarını bildiriblər:

“Bizim rayon rəhbərliyindən ümidimiz kəsilib. Düşünür ki, prezidentə müraciət edərək, dəstək istəyək. Dünyanın hər bir yerində narkomaniyanın ciddi şəkildə tüğyan etdiyi bir dövürdə bizlər rayon gənclərimzin sağlam həyat sürərək, dövlətimizin sağlam təməllər üzərində dayanması üçün çalışan Ağsu gəncləri olaraq inanırıq ki, prezident bizə öz dəstəyini göstərəcək”.

Şərhlər

XƏBƏR LENTİ