SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru kimdir?

1 saylı Kliniki Tibbi Mərkəzin direktoru kimdir?

Tarix:

27-07-2023, 18:06

/ 2 266 dəfə oxundu.
1 saylı Kliniki Tibbi Mərkəzin direktoru kimdir?

Uzun illər "Semaşko" kimi tanınmış, Bakının böyük xəstəxanalarından ən əsası, indiki 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərovdur.

“Medicina” 30 ildən çoxdur səhiyyə sahəsində fəaliyyəti olan direktor barədə ətraflı məlumatı təqdim edir:

Ələkbərov Könül Fidayıl oğlu 13 avqust 1967-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
1973-1984-cü illərdə Gəncə şəhər Nəriman Nərimanov adına 25 saylı orta məktəbdə təhsil alıb.
1985-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub.

1986- 1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib.

1993-1994-cü illərdə “Semaşko” adına 1 saylı Klinik Xəstəxananın Toksikologiya şöbəsində həkim-anestezioloq-reanimotoloq, 1995-1999-cu illərdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) Reanimasiya şöbəsində həkim- anestezioloq-reanimotoloq kimi çalışıb.

1999-2002-ci illərdə Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin Anesteziologiya-reanimasiya kafedrasında klinik ordinator, 2002-2015-ci illərdə Gəncə şəhər TTYX-nin Reanimasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Könül Ələkbərov 2015-2016-ci illərdə Gəncə Beynəlxalq Xəstəxanasında həkim- anestezioloq-reanimotoloq işləyib.
2017-2021-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot layihəsi olan “Mingəçevir şəhər xəstəxanası” publik hüquqi şəxsin direktoru kim fəaliyyət göstərib.

Könül Ələkbərov 2005-ci ildə Rusiya Federasiyası Moskva şəhərində “Narkotikdən asılı cərrahi xəstələrdə anesteziyanın optimallaşdırılması” mövzusunda tibb elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir.
2006-cı ildə ABŞ-ın Con Hopkins Universitetində “Təcili Yardım Təbabəti” üzrə master treninq kursu keçib.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adı alıb.

2020-ci ildə Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

2021 – ci ilin aprelindən etibarən 1 saylı Kliniki Tibbi Mərkəzin ( Semaşko) direktoru təyin edilib.

Həkim ailəlidir, 2 övladı və 4 nəvəsi var.



2021 – ci ilin dekabrında Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirməsində medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda təlimdə çıxışında bildirmişdir ki, bəzi həkimlər var ki, dövlətdən əlavə maaş istəyir.

"Amma müəyyən bir zaman kəsiyinin statistikasına baxanda görürsən ki, o həkimin tibbi fəaliyyətini göstərən nəticələr yoxdur. Hətta sıfırdır. O həkimə yüksək əməkhaqqı verilir ki, onun tibbi fəaliyyəti qənaətbəxşdir. Misal olaraq, Kliniki Tibbi Mərkəzdə 12 min manat əmək haqqı alan cərrahlar, 5 min manatdan artıq maaş alan mama-ginekoloqlar var.
Amma 300 manat maaş alan mama-ginekoloq da var. Hansı ki, onun son altı aydakı əməliyyat sayı sıfırdır. Belə həkimlər çoxdur. Hətta bəziləri zəng edib deyir ki, onu yola ver. Bildirirəm ki, artıq yolavermə kampaniyası bitib. Vətəndaş məmnunluğu lazımdır”.




Şərhlər

XƏBƏR LENTİ