Özəl tibbi müəssisələrdə xidmətlərin ödənişi necə aparılmalıdır?
Özəl tibbi müəssisələrdə tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi xidmətlərin ödənişi necə aparılmalıdır?
Dövlət Vergi Xidmətindən AzərTac-ın sualına cavab olaraq bildirilib ki, 2023-cü il yanvarın 1-dən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.12-ci maddəsində edilmiş dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər nağdsız ödənilməlidir.
Eyni zamanda, Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Qanunun 3.4.12-ci maddəsinin tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini nağd qaydada qəbul edən tibb müəssisəsinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə qanunsuz aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Qeyd olunanlara əsasən, tibbi xidmətin dəyəri beş yüz manatdan artıqdırsa, ödənişlər nağdsız qaydada edilməli və bu halda xidmətin dəyərini nağd qaydada qəbul edən özəl tibbi müəssisəyə maliyyə sanksiyasının tətbiqi qanunauyğundur.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub