SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Həkim təkcə xəstənin bədənini deyil, ruhunu da sağaltmağı bacarmalıdır

Həkim təkcə xəstənin bədənini deyil, ruhunu da sağaltmağı bacarmalıdır

Tarix:

16-12-2022, 22:54

/ 1 574 dəfə oxundu.
Həkim təkcə xəstənin bədənini deyil, ruhunu da sağaltmağı bacarmalıdır

Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi baxıb. Sənətini yaxşı bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran həkimlərin xətrini el-obada həmişə əziz tutublar. 
Xalqın inanıb etibar etdiyi həkim adını şərəflə və məsuliyyətlə daşıyanlardan biri də Vüqar Ələkbərovdur. O 2012 ci ildə Türkiyədə Plastik Estetik ve Rekonstruktiv cərrahiyyə bölümündə uzmanlıq təhsilini bitirib. 2012-ci ildə uzmanlıq təhsilini bitirdikdən sonra özəl tibb müəssisələrində Plastik estetik cərrahiyyə və lazer cərrahiyyəsi üzrə çalışıb. O tarixdən  bəri Bakıda estetik cərrah kimi fəaliyyəti davam edir.
Hal hazırda Amerika plastik cərrahiyyə birliyi (ASPS), Beynəlxalq Plastik cərrahiyyə birliyi (İSAPS) , Türk plastik cərrahiyyə (TPRECD) birliyinin üzvüdür. Bu il İngiltərə, İrlandiya, Fransa, isveçrə, Polşa, Almaniya, Kanada, Amerika, Avstraliya kimi ölkələrdən xəstələr ölkəmizə gəlmiş və Dr. Vüqar Ələkbərova əməliyyat olunmuşdur. 
Bir çox beynəlxalq və ölkələrarası konqreslərdə yeni əməliyyat texnikaları anladıb. 2014-cü ilin əvvələrindən Respublika Yanıq Mərkəzində, eləcə də özəl klinikalarda plastik cərrah kimi çalışır. Estetik plastik və rekonstruktiv cərrah kimi fəaliyyət göstərir. Uzmanlıq təhsili ve sonrasında toplam 10 illik təcrübəsində 8000-ə yaxın insanı əməliyyat edib. 60 dan çox beynəlxalq konfrans ve kurs sertifikatı var. 
Vüqar həkimin uşaqlıqdan ən böyük arzusu həkim olmaq, insanların sağlamlığının keşiyində durmaq idi. Başa düşürdü ki, həkimlər bütün şüurlu həyatlarını insanların sağlamlığının qorunması kimi nəcib bir işə sərf edirlər.
Vüqar həkim hər zaman qeyd edir ki, indiki texnologiyalar əsrində yerində saymaq olmaz. Elə buna görə də daim öyrənməyi vacib sayır. Onun uğurları da çoxdur. Ancaq ən böyük uğuru xalqın inamını qazanmasıdır. Xəstədə inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Əslində inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir. O, davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlara münasibətilə özünə inam yaratmağı bacarıb. 
Belə bir deyim var: Həkim təkcə xəstənin bədənini deyil, ruhunu da sağaltmağı bacarmalıdır. Sanki bu sözlər həkim Vüqar Ələkbərov üçün deyilib. O, xəstəni müayinə, müalicə və əməliyyat edərkən onun adət və vərdişlərini, əsəbi vəziyyətini, xəstəliyi doğuran obyektiv və subyektiv amilləri mütləq nəzərə alır. Vüqar həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərir. 
Əbəs yerə deyilməyib ki, insanların əzab-əziyyətlərini, ruhi sarsıntıları duymaq, onun səbəblərini aşkar edib müvafiq tədbirlər görmək üçün adi həkim olmaq kifayət deyil. Bunun üçün həkim, həm də yaradıcı təfəkkürə sahib olmalıdır. Elə bu xüsusiyyətinə görə Vüqar həkim xəstələrin ruhunu da müalicə edə bilir.



Şərhlər

XƏBƏR LENTİ