SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gəncə hadisələri ilə bağlı həbs olunan daha bir şəxs məhkəmə qarşısında

Gəncə hadisələri ilə bağlı həbs olunan daha bir şəxs məhkəmə qarşısında

Tarix:

28-08-2019, 13:53

/ 900 dəfə oxundu.
Gəncə hadisələri ilə bağlı həbs olunan daha bir şəxs məhkəmə qarşısında

Gəncə hadisələri ilə bağlı həbs olunan Pərviz Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmin baxış iclası sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.

Daha sonra P.Bayramov iş üzrə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma), 232.3-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Şərhlər

XƏBƏR LENTİ