XalqXəbər.Az

Polisə zəng edib Xətaidə marketi partladacağını dedi

yüklənir...
Polisə zəng edib Xətaidə marketi partladacağını dedi
14-08-2019, 13:36
yüklənir...

Bakıda borca görə marketi partladacağını deyən şəxs psixiatriya xəstəxanasına yerləşdirilib.

DİN-ə istinadən xəbər veririk ki, avqustun 12-də özünü Q.Qəribov kimi təqdim etmiş şəxs mobil telefondan polisə zəng edib Xətai rayonu Dostluq küçəsində yerləşən marketə 100 manat pul borcunun olması səbəbindən həmin marketi partladacağı barədə məlumat vermişdir.

Araşdırmalarla məlumat təsdiqini tapmamış, zəng edənin həmin küçədə yaşayan, ruhi xəstə Q.Qəribov olması müəyyən edilmişdir.

O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.