XalqXəbər.Az

Qayınatanı döyən quda və kürəkən saxlanılıb

Qayınatanı döyən quda və kürəkən saxlanılıb
5-04-2019, 15:27

Bakıda qayınatanı döyən quda və kürəkən saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, aprelin 3-də saat 19 radələrində Binəqədi qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini Elmar Quliyev xuliqanlıq zəminində qayınatası Elçin Nəbiyevi döyüb, bu zaman hadisəyə müdaxilə etmiş orada olan Elmarın atası Elnur isə tapançadan havaya atəş açıb.

Binəqədi rayon Polis idarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar və Elnur saxlanılıblar. Hadisə törədilərkən istifadə edilmiş “Ekolbotan” markalı pnevmatik tapança və 3 ədəd patron götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.