XalqXəbər.Az

"İdrak Liseyi"ndə dava olub, xəsarət alan var

"İdrak Liseyi"ndə dava olub, xəsarət alan var
5-04-2019, 12:32

"İdrak Liseyi"nin IX sinif şagirdi döyülüb.

Hadisə təhsil müəssisəsinin dəhlizində qeydə alınıb. Orada təhsil alan IX sinif şagirdi, 2004-cü il təvəllüdlü Qasımov Qalib Rüfət oğlu ilə X sinif şagirdi Nihatın arasında şəxsi münasibətlər zəminində dava düşüb. Nəticədə müxtəlif xəsarətlər alan Q.Qasımov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Liseydən ONA-ya təhsil müəssisəsində kütləvi davanın baş vermədiyi, sadəcə şagirdlər arasında kiçik anlaşılmazlıq yaşandığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.