SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İki gömrük generalının fəaliyyəti araşdırılır - ŞOK GƏLİŞMƏ

İki gömrük generalının fəaliyyəti araşdırılır - ŞOK GƏLİŞMƏ

Tarix:

3-05-2018, 16:20

/ 2 640 dəfə oxundu.
İki gömrük generalının fəaliyyəti araşdırılır - ŞOK GƏLİŞMƏ

Dövlət Gömrük Komitəsində iki general sərəncama göndərildi.

Unikal.org-a daxil olan eksklüziv xəbərdə bildirilir ki, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev və Gömrük Hospitalının, Tibbi Xidmət İdarəsinin rəisi general-mayor Qədiməliyev Fikrət Gülverdi oğlu tutduğu vəzifəsindən azad edilərək, sərəncama göndərilib.

Sadiq Abduyev eksklüziv olaraq Unikal.org-a açıqlamasında bildirib ki, hazırda rəhəbri olduğu qurumda və Gömrük Hospitalında hüquqi araşdırma aparılır:

"Hər hansı müdaxilə olmaması üçün mən və Fikrət Qədiməliyev sərəncama göndərilmişik. Yəqin ki, işimizlə bağlı aparılan araşdırmadan sonra qərar veriləcək”.

Şərhlər

XƏBƏR LENTİ