XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Neft qalxır, manat güclənir? - Elman Rüstəmovun saldo nağılının ilginc detalları...

Neft qalxır, manat güclənir? - Elman Rüstəmovun saldo nağılının ilginc detalları...

Neft qalxır, manat güclənir? - Elman Rüstəmovun saldo nağılının ilginc detalları...
1-07-2017, 09:56

Mərkəzi Bank açıqlama yayıb
Avqusta uçot dərəcəsi aşağı salınacaq. Bu da bank-kredit faizlərini aşağı çəkəcək.
Ölkədə MB-ın uçot dərəcəsi 2,5% olan dövrdə kredit faizləri 20-25% idi. Yəni, uçot dərəcəsinin aşağı-yuxarı olmasının elə bir ciddi təsiri yoxdur.
Amma avqusta faizlər aşağı düşəcəksə, deməli manat kütləsi dövriyyədə artacaq, bu isə manatın ucuzlaşmasına səbəb olacaq.
Mərkəzi Bank bu ilin ilk 5 ayını 2016-cı ilin ilk 5 ayı ilə müqayisə edərək çox pozitiv və çətin cümlələr qurub - iqtisadiyyat artıb, xarici ticarətdə müsbət saldo var və bütün bunları aparılan siyasətin pozitiv nəticəsi kimi qeyd edib.
2016-cı ilin ilk 5 ayında neftin ortalama qiyməti ilə, 2017-ci ilk 5 ayının qiymətləri arasında 30% fərq var - neft bahalaşdı deyə, orta qiyməti 55 dollar oldu deyə bəzi rəqəmlər yaxşılaşdı - vəssalam.
İndi də neft 44 dollardır, cəmi 2-3 ay belə qalsa ÜDM-ın azalması sürətlənəcək, ticarət balansında mənfi saldo olacaq, Elman Rüstəmovun qurduğu bütün "uğur hekayəsi" suya düşüb axıb gedəcək.
Ölkədə ilin ilk 5 ayında xarici ticarət dövriyyəsi 1,63 milyard dollar müsbət saldoya malik olub. Halbuki, ötən ilin eyni dövründə xarici ticarət balansında 242 milyon dollarlıq kəsir var idi.
Eyni zamanda nəzər almaq lazımdır ki, ötən illə müqayisdəə ixracatdan əldə edilən valyuta 1,36 milyard dollar artdığı halda idxala xərclənən valyuta 514,5 milyon manat azalıb.
Mərkəzi Bankın məlumatına görə bu ilin ilk 5 ayında dövriyyədə olan manatla pul bazası 7,8 milyard manat təşkil edib ki, bu da 2017-ci ilin yanvar ayına olan göstəricidən 1,2 milyard manatadək azdır.
Manatın möhkəmlənməsinin lehinə olan bu faktorların sayını bir az da artırmaq olar, lakin, hazırda başlıca məsələ onların nə dərəcədə dayanıqlı olmasındadır.
Bu isə iqtisadiyyatın mövcud durumundan və eyni zamanda aparılacaq islahataların keyfiyyətindən asılı olacaq.
Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiymətinin 40 dollar nəzərdə tutulduğundan hələlik mövcud qiymət ölkəmiz üçün məqbul hesab edilə bilər.
Bununla belə, əvvələrdə qeyd etdiyimiz kimi, neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.