Vahid Ələkbərov: Gələcəkdə neftin qiymətinin kəskin artımından ehtiyatlanırıq
“İndiki vəziyyətdə neftin ucuzlaşması yalnız birjalarda möhtəkirlərin mövcudluğu ilə izah oluna bilər”.
Bunu “LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib: “Biz hesab edirik ki, yaranmış vəziyyətin səbəbkarları möhtəkirlərdir. Neft bazarı böyüməkdədir, biz Avropa bazarında neft məhsullarının satışını 4% artırmışıq.
Paralel olaraq, Amerika bazarı da böyüyür, ehtiyatlar azalma nümayiş etdirir. Belə olduğu halda, qiymətlər stabilləşməli və ya artmalıdır. Qiymətlər isə azalır ki, bu da möhtəkirlərin mövcudluğundan xəbər verir. Qiymətlərin azalması onların lehinədir. Lakin biz gələcəkdə neftin qiymətinin kəskin artımından ehtiyatlanırıq. Bizə stabillik lazımdır”.
Qeyd edək ki, hazırda dünya birjalarında neft ucuzlaşmaqdadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,02% azalaraq 43,50 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,11% azalaraq 45,97 dollar olub.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək