SOCAR İrandakı layihələrdə iştirak etmək üçün razılıq alıb
SOCAR İranın "E&P Companies" şirkətinin tərəfdaşları siyahısına əlavə olunub. Bunu eksklüziv açıqlamasında İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamaniniya bildirib.
Nazir müavini bildirib ki, müvafiq müraciət ötən ay SOCAR tərəfindən daxil olub: "SOCAR ötən ay İrandakı layihələrdə iştirak etmək üçün müraciət edib. Şirkətin müraciətinə baxılıb və onun müsbət cavab verilib. Beləliklə, SOCAR "Shell", Total" kimi nəhəng şirkətlərlə paralel İrandakı layihələrdə iştirak edə və ölkəmizə sərmayə yatıra bilər. Biz SOCAR-ı ciddi oyunçu kimi qəbul edirik. SOCAR İrandakı ciddi layihələrdə iştirak etmək üçün böyük potensiala malikdir. Bu səbəbdən də onun müraciətinə müsbət cavab verilib".
Onun sözlərinə görə, SOCAR İranda həm qazma, həm də emal sahəsində reallaşdırılan layihələrdə iştirak edə bilər. "SOCAR-a potensial layihələr təklif olunub və şirkət özü həmin layihələri seçməlidir. Başqa sözlə, biz seçimi SOCAR-ın ixtiyarına buraxmışıq. Bizdə olan məlumata görə, SOCAR layihələrlə bağlı araşdırma aparır".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...