Rövnəq Abdullayev Çində "dəyirmi masa"ya qatılıb
Ötən gün Çin Milli Neft Korporasiyasının (CNPC) Pekində yerləşən baş ofisində “Bir kəmər - bir yol” konsepsiyası çərçivəsində neft-qaz əməkdaşlığı” mövzusunda "dəyirmi masa" keçirilib.
Tədbirdə Çin Dövlət Energetika İdarəsinin rəhbəri Nur Bekri çıxışında iclasın vacibliyini qeyd edib. CNPC şirkəti Direktorlar Şurasının sədri Van İlin iclasın məqsədlərini açıqlayıb.
Tədbirdə “Gazprom”, “Rosneft”, SOCAR, “Uzbeknefteqaz”, “KazMunayGas”, “Sinopec”, İpək Yolu Fondu, Çin İnkişaf Bankı və digər şirkətlərin, eyni zamanda dövlət strukturlarının rəhbərləri iştirak ediblər.
Birinci sessiyada SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Transmilli magistral neft-qaz kəmərləri və qarşılıqlı infrastruktur əlaqəsi” mövzusunda çıxış edib. O qeyd edib ki, hazırda Azərbaycanda istismar edilən transmilli kəmərlərin ümumi uzunluğu 5,5 min km-dən artıqdır və tikilməkdə olan obyektləri nəzərə almaqla 9 min km-ə çatdırılacaq.
“Biz Azərbaycanın nümunəsində görürük ki, magistral neft-qaz kəmərlərinə dair strategiyanın düzgün seçimi iqtisadi artımın lokomotivi ola bilər. Azərbaycan həqiqətən də inanır ki, transmilli magistral boru kəmərləri yeni Böyük İpək Yolunun ipək iplərinə çevriləcək və bu da öz növbəsində, əldə ediləcək mənfəətin karbohidrogen istehsalçıları, tranzitçiləri və istehlakçıları arasında ədalətlə bölüşdürülməsinə zəmanət verəcək”, - SOCAR prezidenti çıxışında bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...