Dollar mühüm valyutalar qarşısında ucuzlaşır
Avro dollar qarşısında ötən cümə günü açıqlanan ABŞ-ın zəif iqtisadi göstəriciləri ilə əlaqədar ucuzlaşır.
ABŞ Federal Ehtiyat Sisteminin (FES) gələn ay keçiriləcək iclasında faiz artıracağı ehtimalının məzənnədə böyük ölçüdə əks olunması və ABŞ göstəricilərinin məyus etməsilə, Avropanın ortaq valyutasının dollar qarşısında bu həftə 1,1023 səviyyəsinə çıxa biləcəyi qeyd olunur.
FES-in iyunda 25% bəndi faiz artıracağı ehtimalı 70%-dən yüksəkdir. Artıq bu ehtimal bazar üçün sürpriz deyil.
Bazar Avropa Mərkəzi Bankının (AMB) təşviq siyasətindən çıxışının zaman və tərzini də müzakirə edir. Avronun bahalaşmasına belə müzakirələrin artması da təsir göstərir.
Saat 09:00-a olan məlumata görə, avro/dollar məzənnəsi 0,2% artaraq 1,0994 səviyyəsinə çatıb (dollar ucuzlaşıb, avro bahalaşıb). Dünən məzənə 0,6% artmışdı.
ABŞ valyutasının 10 əhəmiyyətli pul qarşısındakı gedişini göstərən “Bloomberg Dollar Spot İndeksi” 0,1% düşüb və enişi beşinci günə çatıb.
Yen dollar qarşısında 0,3% yüksələrək 113,46 səviyyəsinə çıxıb. Cənubi Koreya vonu 0,4% dəyər qazanaraq 4 apreldən bu yana ən yüksək səviyyəsinə çıxıb, Meksika pesosu 0,3% yüksəlib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...