SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bu kartlardan nağd pul çıxarmaq mümkün olmayacaq

Bu kartlardan nağd pul çıxarmaq mümkün olmayacaq

Tarix:

15-05-2017, 14:54

/ 62 692 dəfə oxundu.
Bu kartlardan nağd pul çıxarmaq mümkün olmayacaq

Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya bankları sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb.

Bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında atılıb.

Belə ki, bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyə olunub. Bu, “Nağdsız hesablaşmalar haqqında” qanunun icrasından irəli gəlir.

Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub.

Şərhlər

XƏBƏR LENTİ